FETÖ-nün “pul kassası” xaricdə yaxalandı: Türkiyəyə gətirildi

FETÖ-nün “pul kassası” xaricdə yaxalandı: Türkiyəyə gətirildi
FETÖ-nün pul kassası hesab edilən iş adamı Məmduh Çıxmaz MİT-in keçirdiyi əməliyyat nəticəsində yaxalanaraq Sudandan Türkiyəyə gətirilib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, iş adamı FETÖ üçün "öşür" adı ilə pul toplayrmış.
Türkiyəyə çevrilişə cəhddən sonra axtarışda olan iş adamı Sudanda gizlənirmiş. Onun yaxalanması üçün əməliyyat planı hazırlayan MİT buna nail olub. 
Belə ki, 2 ay əvvəl Çıxmazın Sudanda gizləndiyi məlum olub. Onu ölkəyə gətirmək üçün xüsusi qrup yaradılıb və qrup Sudana yola düşüb. Bu gün səhər saatlarında isə iş adamı xüsusi qrup tərəfindən Türkiyəyə gətirilib. 
Qeyd edək ki, onun 2016-cı il yanvarında Türkiyədən qaçdığı bildirilirdi.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az