“FETO qiyamı bizlik deyil”-ABŞ təkzib etdi
Biz demokratik yolla seçilmiş Türkiyə hökuməti və Türkiyə xalqını dəstəkləyirik.
Bunu Dövlət Departamentinin mətbuat katibi Elizabet Trudeu Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Türkiyə hökuməti və xalqını dəstəkləyir:
"Bu iddialar tamamilə əsassızdır. Biz demokratik yolla seçilmiş Türkiyə hökuməti və Türkiyə xalqını dəstəkləyirik”.
Miq.az