Son vaxtlar Suriya lideri Bəşər Əsəd əleyhinə ən kəskin və prinsipial mövqe Fransa hökuməti tərəfindən sərgilənir. Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında da Əsədi sərt tənqid edərək onu cəllad adlandırmışdı.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa indi də Əsədin hərbi cinayətlərini araşdırmağa qərar verib.

Artıq Paris Prokurorluğu Suriyadakı vətəndaş müharibəsindən çəkilmiş fotolar əsasında araşdırma başladıb. Araşdırma 2011-2013-cü illəri əhatə edəcək.
Prokurorluqdan bildiriblər ki, fotoları onlara Suriya Silahlı Qüvvələrinin Sezar psevdonimi ilə tanınan keçmiş hərbi fotoreportyoru təqdim edib.
Sezar Suriyadan 2013-cü ildə qaçıb və özü ilə 55 min fotonu götürüb. Fotolarda Suriydakı vətəndaş müharibəsinin qurbanları və qəddarlıqları əks olunub.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL