Fuad Nəcəfliyə müavin təyin edilən şəxs kimdir?
Prezident İlham Əliyevin Sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Bakupost.az -ın məlumatın görə, Samir Seyidəhmədli yeni vəzifəyə təyin olunanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini idi.
Qeyd edək ki, S.Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.