Gəncə yanacaqdoldurma məntəqəsində kütləvi dava olub

Gəncə yanacaqdoldurma məntəqəsində kütləvi dava olub

Bu gün axşam saatlarında Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birində kütləvi dava olub, mühafizəçilərdən biri döyülüb.

Hadisə şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.

Tovuz rayonunun Əyyublu kənd sakini Elşad Mirzəyev kəllə-beyin, sifətin və üzün əziyi yaraları ilə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.

Məlumata görə, 26 yaşlı gənc Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən yanacaqdoldurma məntəqəsində mühafizəçi işləyir və o, elə operator vəzifəsində çalışan iş yoldaşları tərəfindən döyülüb.

Faktla bağlı Gəncə polisi araşdırma aparır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az