Gəncədə də "Əli və Nino" heykəli olacaq

Gəncədə də

Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq "Əli və Nino"nun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan "Əli və Nino” parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır. Qurban Səidin müəllifi olduğu "Əli və Nino” əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək. Kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.

Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə həsr edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.

"Əli və Nino” abidə kompleksinin memarı Cahid Həsənov deyib: "Bu heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə "Əli və Nino” tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq".

Bundan başqa, abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, "Əli və Nino” heykəli Şərq üslübunda, lakin modern formada olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az