Gəncədə dəhşət-Ər keçmiş arvadını küçədə öldürdü

 Gəncədə dəhşət-Ər keçmiş arvadını küçədə öldürdü
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhər sakini, Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

 Kəpəz TV-yə istinadən verilən məlumata görə, 23 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlandığı məlum olub. Belə ki, 28 yaşlı Rövşən Ələsgərov eks-arvadını 31 saylı orta məktəbin yaxınlığında bıçaqlayıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Onların 2 azyaşlı oğlu var imiş.

Rövşən Ələsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az