Gəncədə şirkətə maskalı basqın-Pulla dolu seyf oğurlandı

Gəncədə şirkətə maskalı basqın-Pulla dolu seyf oğurlandı

Azərbaycanda şirkətdən içərisində 80 min manat olan seyf oğurlanıb

Gəncə şəhərində maskalı şəxslər şirkətə basqın ediblər.

"Report"un məlumatına görə, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində baş verib.

Belə ki, naməlum şəxslər orada yerləşən şirkətin gözətçisini döyüblər və sonra isə içərisində 80 min manat olan seyfi özləri ilə aparıblar.

İlkin məlumatlara görə, basqınçılar iki nəfər olub.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən sayta verilən məlumata görə, ötən axşam baş verən hadisə ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az