Gərginlik artır: Türkiyə Rusiyadan raketlər alır

Gərginlik artır: Türkiyə Rusiyadan raketlər alır
Rusiya müdafiə naziri Sergey Şoyqu məlumatı təsdiqləyib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ötən həftə Moskvada keçirdiyi görüş zamanı "S-400” komplekslərinin Ankaraya tədarükünün mümkünlüyünü müzakirə ediblər. İstiPress-in məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu İzvestiya-ya açıqlamasına  məlumatı təsdiqləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, "tərəflər maraqlıdırlar və danışıqları davam etdirəcəklər”. Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmisi Sergey Çemezov əvvəl bildirib ki, Türkiyə Rusiyadan S-400 raket sistemini almaq üçün kredit istəyib. Həmçinin nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırda rəsmi Ankara və Moskva arasında silah satışı ilə bağlı görüşlər başlanılıb.

Hazırda iki ölkənin Maliyyə Nazirlikləri arasında müqavilə şərtləri müzakirə edilir. Ümumi razılığa gələndən sonra raketin satışı baş tutacaq.

 Putin-Ərdoğan danışıqları Moskvada martın 10-da keçirilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az