Görün, Eldar Mahmudov nə qədər pensiya alır

Görün, Eldar Mahmudov nə qədər pensiya alır

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.

Miq.Az  xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi xəbərdə bildirilir. Məlumata görə, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saytın bu barədə sorğusunu cavablandırmaqdan imtina edib.

Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında  açıqlama verilə bilər.

Qeyd edək ki, MTN-nin ləğvindən sonra cəmiyyətdə Mahmudovun həbs ediləcəyi barədə gözləntilər olsa da sonradan özünü doğrultmadı.

Baxmayaraq ki, MTN-nin 22 nəfər yüksək vəzifəli şəxsi məhz vəzifə cinayətlərinə görə, mühakimə olunub.

Qeyd edək ki, Azərbaycanda minimum pensiya 280 manat təşkil edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az