Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, taekvondo üzrə yarışda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsayev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Birinci Avropa Oyunlarının çempionu əvvəlcə Ruy Yanqı (Çin), ardınca Ruslan Japarovu (Qazaxıstan) məğlub etsə də yarımfinalda almaniyalı Volker Vodzixə 3:5 hesabı ilə uduzub. Lakin bürünc medal uğrunda görüşdə rusiyalı Yuri Kiriçenkoya qalib gələn dünya çempionumuz mükafatçılar sırasında yer alıb.
Taekvondo üzrə digər yarışa səkkizdəbir final mərhələsindən
mübarizəyə qoşulan Ayxan Tağızadə (68 kq) əvvəlcə Harkourt Lordenə
(Kanada), ardınca Edqar Kontrerasa (Venesuela) şans verməyərək
yarımfinala vəsiqəni təmin edib. Birinci Avropa Oyunlarının qalibi
yarımfinalda İtaliya təmsilçisi Kladio Treviso ilə qarşılaşmada da
inamlı qələbə qazanaraq finala yüksəlib. Lakin idmançımız həlledici
döyüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Yunan-Roma güləşi üzrə yarışların ilk günündə 59, 71, 80 və 98
kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıb. 80 kiloqram çəki
dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq
Hüseynov finala vəsiqə qazanıb. İlk görüşdə Estoniyadan Hardo Tutsu
məğlub edən (8:2) idmançımız sonra litvalı Yulius Mateuzeviçusa 4:0
hesabı ilə qalib gəlib.
Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun qələbəsi ilə nəticələnib (4:1) və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi olan Rusiya təmsilçisi Yevgeni Saleevi 5:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla da R.Hüseynov hərbçilərin VI dünya idman oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb.
Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, komandamız 1 qızıl, 3 gümüş və 6 bürünc medal qazanmaqla ümumilikdə 10 medala sahibdir.
Yarışlar oktyabrın 11-də yekunlaşacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ