Güləşçimiz Sabah Şəriəti bürünc medal uğrunda döyüşəcək

Güləşçimiz Sabah Şəriəti bürünc medal uğrunda döyüşəcək

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb.

130 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.

Görüşün ilk hissəsində Şəriəti ardıcıl xallar qazanaraq 6:0 hesabı ilə önə keçib. İkinci hissədə isə o, daha bir xal qazanaraq, sona 1 dəqiqə qalmış görüşün qalibi olub.

Şəriəti növbəti təsəlliverici görüşdə almaniyalı Eduard Poppu da yensə, bürünc medal qazanacaq.
 
Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az