Gürcüstan şokda: Lotu Qulinin adamları ölkəni qarışdırdı – VİDEO

Gürcüstan şokda: Lotu Qulinin adamları ölkəni qarışdırdı – VİDEO
Gürcüstanın Zestofani şəhərində cinayət qrupuna qarşı xüsusi əməliyyat keçirilib.

A24.Az xəbər verir ki, əməliyyat zamanı soyğunçuluqda ittiham olunan iki nəfər saxlanılıb.
Cinayət qrupunun digər üzvləri isə Batumidə üzə çıxıb. Onlar 5 nəfər olub. Dəstənin üzərinə baxış keçirilərkən onlardan pul və çox sayda silah aşkar olunaraq götürülüb.
Məlum olub ki, dəstənin oğurladığı məbləğ 140 min ABŞ dollarıdır. Lakin polis məbləğin sadəcə 90 minini geri ala bilib.
Cinayətkar dəstənin üzvləri "Quli Bakinski” ləqəbi ilə tanınan Nadir Səlifovun adamlarıdır.
Nadir Səlifov  Dmanisi rayonunda anadan olub və etnik azərbaycanlıların ən nüfuzlu şəxslərindən biridir.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az