Gürcüstanda insan alverində şübhəli bilinən azərbaycanlı qadın saxlanıldı

Gürcüstanda insan alverində şübhəli bilinən azərbaycanlı qadın saxlanıldı
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda insan alverində şübhəli bilinən qadın saxlanılıb.

APA-nın verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü L.Q. adlı şəxs sistematik olaraq insan alveri ilə məşğul olub. İstintaqla müəyyən olunub ki, saxlanılan qadın Marneulidə hotel tipli obyektdə müxtəlif yaşlı qızları psixi və fiziki zorakılığa məruz qoyaraq, onları cinsi istismara təhrik edib.

Saxlanılan şəxsi 12 ildən 15 ilədək həbs cəzası gözləyir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az