Göyçay rayonunun sakini 30 yaşlı həmkəndlisini güllələyib

Göyçay rayonunun sakini 30 yaşlı həmkəndlisini güllələyib

Göyçayda silahlı insident olub.

Rayon Prokurorluğundan  verilən məlumata görə, rayonun 50 yaşlı Alıkənd kənd sakini Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zəminində 30 yaşlı həmkəndlisi Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib.

Təcilli xəstəxanaya çatdırılan N.Məmmədovu xilas etmək mümkün olub.

Hadisəni törədən R.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az