Göyçayda marketin qarşısında naməlum kişi meyiti tapıldı

Göyçayda marketin qarşısında naməlum kişi meyiti tapıldı

Göyçay şəhərində kişi meyiti tapılıb.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında bir nəfər yerli sakin Göyçay Rayon Polis Şöbəsinə zəng edərək "Dəniz" marketin qarşısında təxminən 60 yaşı olan naməlum kişi meyitinin olması barədə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə gələrək meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparıblar. Hazırda onun kimliyi və hansı səbəbdən öldüyü araşdırılır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az