Göyərtəsində 118 sərnişin olan təyyarə qaçırıldı

Göyərtəsində 118 sərnişin olan təyyarə qaçırıldı
Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılaraq Maltada eniş edib.

Miq.az  Trend-ə istinadən bildirir ki, bu barədə Malta baş naziri açıqlama verib.

Verilən məlumatlara görə, Liviyaya məxsus sərnişin təyyarəsi iki silahlı tərəfindən qaçırılıb. Təyyarədə 118 nəfərin olduğu deyilir.

Hələlik silahlıların tələbinin nə olduğu məlum deyil. Onlar təyyarəni partlatmaqla hədələyir.

Maltanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hazır vəziyyətə gətirilib.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az