Hacı Nuran oktyabrda əməliyyat olunacaq
Bakıya qayıdan aparıcı Hacı Nuran Hüseynov "5/5” verilişinin qonağı olub.
O, həftəsonu yenidən Almaniyaya qayıdacağını bildirib:
"Üç
il vətəndən uzaqda idim. Bakıya qayıtdım, bir müddət qaldım. İndi orada
bura üçün darıxıram. Dedim, "Mütləq vətəndə olmalıyam". Üç ildir bu
xəstəliyə yoluxmuşam. Həkimlər demişdi 5 il ərzində müayinə
olunmalısan. Bir müddət əvvəl yoxlanmağa gedəndə, xəstəxanadan
buraxmadılar ki, əlavə problemlər yaranıb. Sentyabrın 15-də
trasplantasiya olunmalı idi. Analizlərimin cavabları pis oldu. Həkimlər
dedilər ki, bu vəziyyətdə əməliyyat mümkünsüzdür. Xərçəng xəstəliyi
belədir... Əməliyyat oktyabra qaldı. Çox böyük məbləğ lazımdır. Bunu
qarşılamaq mümkün deyildi. Ölkə başçısı arxamda durdu, hər şeyi
qarşıladı. Səhhətimlə də tez-tez maraqlanırlar”.
Xatırladaq
ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə
alan aparıcı fevralda Bakıya qayıtmışdı. Avqustda Almaniyaya müayinəyə
gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.
Axşam.az