Hacı Nuran reanimasiyaya yerləşdirilib

Hacı Nuran reanimasiyaya yerləşdirilib
Almaniyada "Uniklinika”da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.
Aparıcı bu haqda özü xəbər verib.
Ötən gün onu ziyarətə gedən müğənni Röya Ayxanla fotosunu paylaşan H.Nuran bunları yazıb:
"Artıq bir müddətdir ki, məni reanimasiya şöbəsinə yerləşdiriblər. Bir dəqiqə məni görmək üçün Bakıdan çox sevdiyim vəfalı dostum Röya gəlmişdi”.
Qeyd edək ki, H.Nuran bir neçə gün əvvəl səhhətinin daha da pisləşdiyini bildirmişdi:
"Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.
Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az