Hacıbala Abutalıbov və 3 sabiq başçı məsuliyyətə cəlb edilir? – MÜHÜM GƏLİŞMƏ

Hacıbala Abutalıbov və 3 sabiq başçı məsuliyyətə cəlb edilir? – MÜHÜM GƏLİŞMƏ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov sənədsiz evlərə su verilməyəcəyini bildirib və qanunsuz tikililər probleminə toxunub. Z.Mikayılovun bu açıqlaması bəzi çevrələrdə böyük qanun pozuntularının üzə çıxarılması kimi qiymətləndirilir. Müzakirələrdə "Azərsu” ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynovun, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun, həmçinin Xətai, Nizami və Binəqədi rayonlarının keçmiş icra başçılarının, eləcə də müxtəlif bələdiyyə sədrlərinin və digər vəzifəli şəxslərin adları hallandırılır.

Qanunsuz tikililərə verilmiş icazələrə görə sabiq məmurlardan kimlər məsuliyyətə cəlb oluna bilər?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, "sənədsiz ev” anlayışının konkret nələri əhatə etdiyi aydın deyil:

"Ən azı dəqiqləşdirilməlidir ki, "sənədsiz” dedikdə nə nəzərdə tutulur. Çıxarış, müqavilə və digər hüquqi sənədlər mövcuddur. Hansı sənədlərin olmaması evlərin su təminatından məhrum edilməsinə əsas verir? Bu məsələ açıq şəkildə izah olunmalıdır. Digər tərəfdən, qanunsuz tikililər problemi yeni deyil. Bu cür hallar müxtəlif dövrlərdə, istər Çar Rusiyası, istər SSRİ, istərsə də sonrakı illərdə mövcud olub. Xüsusilə 1991-ci ildən sonra insanlar Bakı ilə Sumqayıt arasında əvvəllər boş olan ərazilərdə məskunlaşıblar. Bəziləri bu evləri sonradan sənədləşdirə bilib, digərləri isə müxtəlif səbəblərdən edə bilməyib”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az