Hamamın kassasını taladılar

Hamamın kassasını taladılar

Bakıda hamamda cinayət baş verib.

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən "Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar.

Məlumatda o da bildirilir ki, oğurluq edənlər elə həmin hamamda işləyirlərmiş.

Araşdırmalar davam etdirilir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az