Xəbər verdiyimiz kimi, Azərbaycan iyulun 14-də Kannda başlayan ənənəvi "Pirotexnika sənəti” festivalında iştirak edib. Festival "Bakı Atəşfəşanlıq Qrupu” nun şousu ilə başlayıb. Qeyd edək ki, ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də müsabiqə xarakterli olması ilə seçilir.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, "Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.
Kannda avqustun 24-dək davam edəcək "Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, Böyük Britaniya və Argentina da iştirak edir.
Azərbaycanın müsabiqədə təqdim olunan, 25 dəqiqə ərzində ölkəmizin zəngin musiqisinin müşayiəti ilə minlərlə tamaşaçının izlədiyi şousunun videosu festivalın saytında yayımlanıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL