“Vətəninfo.az”-a Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”-dan daxil olan məlumata görə,noyabrın 6-da “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın prezidenti həmyerlimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Almaniyada fəaliyyət göstərən nüfuzlu əyalət banklarından biri ümummilli liderimiz Heydər Əliyevin adı və şəkli ilə olan bank kartlarını Visa-MasterCard müştəriləri üçün istifadəyə verib.
Məlumatda deyilir ki,kartın üzərində Azərbaycan Respublikasının bayrağı və ümummilli liderimiz Heydər Əliyevin təsviri ilə yanaşı, ingilis dilində “Heydar Aliyev – National Leader of Azerbaijan” sözləri yazılıb.
Ümummilli liderimiz Heydər Əliyevin təsviri ilə olan bank kartı ilk növbədə Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının üzvlərinə təqdim ediləcəkdir. Kartdan illik istifadə rüsumu 129,00 Avrodur və əldə edilən vəsait Mərkəzi Şuranın gördüyü xeyriyyə işlərinə sərf ediləcəkdir.
Kənan
“Veteninfo.az”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR