Hillari Klinton rəsmi tədbirdə huşunu itirdi

Hillari Klinton rəsmi tədbirdə huşunu itirdi

Bu gün ABŞ prezidentliyinə namizəd Hillari Klinton gözlənilmədən Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının yad edilməsi ilə bağlı rəsmi mərasimi başa çatmamış tərk edib.

"Fox News” telekanalı özəl mənbəyə istinadən demokratların namizədinin huşunu itirdiyini və buna görə də mikroavtubosla mərasimdən aparıldığı barədə xəbər yayıb.

Şahidlərdən biri mühafizəçilərin H. Klintonun əlindən tutaraq mikroavtobusa əyləşdirildiyini bildirib.

Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, H. Klintonun prezident olmasına fiziki imkanları yetərli deyil. H. Klintonun həkimi Liza Bardak isə bildirmişdi ki, H. Klintonun sağlamlığı qaydasındadır. (APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az