İbrahim Məmmədov yeni iş yerinə gəldi

İbrahim Məmmədov yeni iş yerinə gəldi
Ötən həftə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilən və həmin vaxt da yeni vəzifə təyinatı alan jurnalist İbrahim Məmmədov artıq təzə iş yerinə gəlib.
"Region” TV-də Sosial-Analitik Məsələlər üzrə sədr müavini vəzifəsinə gətirilən İbrahim Məmmədov  hazırda iş başında olduğunu və rəhbərliklə müzakirələr apardığını qeyd edib.
Xatırladaq ki, "Region” TV televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə),  RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanın ilk televiziya şəbəkəsidir. 
"Region” TV 2014-cü ilin ortalarından Bakıda yayıma başlayıb.
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az