Çimərlikdə öldü: Səbəb hər yerdə satılan içki-Red Bull
Mexikoda dostları ilə istirahət edən 16 yaşlı qızın ölüm səbəbi bütün dünyanı şoka salıb.
Axar.az Deyli Meyl-ə istinadən xəbər verir ki, Lanna Hamann dəniz kənarında öz dostları ilə dincələrkən ağrılar hiss etməyə başlayıb. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib.
Gənc qızın ölümündən sonra onun həyatını sonlandıran şeyin çoxlarının hər gün içdiyi enerji içkisi Red Bull olduğu məlum olub. Belə ki, Lanna gün ərzində su qəbul etmədən çox sayda Red Bull içirmiş.
Hamannın anası gəncləri bu içkidən uzaq durmağa çağırıb.
Miq.az