"İnterAz"ın adından istifadə edən şəxslər polisə verilib

Tovuz rayonunda İnterAz-ın adından istifadə edən bir qrup şəxs ifşa olunub.

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, ticarətlə məşğul olan və bir neçə il əvvəl "İnterAz" televiziyasında işlədiyini deyən bu şəxslər televiziya adından istifadə edərək başqa işlərlə məşğuldur. "İnterAz" televiziyasının rəhbər şəxsləri isə bildirir ki, heç vaxt belə bir nümayəndəsi olmayıb.

Ümumiyyətlə rüşvət və ya hər hansı sui-istifadəyə cəhd varsa bu hətta İnterAz-ın nümayəndəsi olsa belə öz legitimliyini itirir. Bizim belə nümayəndəmiz yoxdur. Xahiş edirik bu kimi hallarla mübarizədə biZə yardımçı olsınız.

"İnterAz" televiziyasının adından istifadə halları "Facebook" sosial şəbəkəsində də həyata keçirilir. Saxta səhifələr açılır və bizim adımızdan məlumatlar paylaşılır.

Qeyd edək ki, artıq İnterAz televiziyasının rəhbərliyi tərəfindən Tovuz rayonunda baş vermiş faktla bağlı Rayon polis idarəsinə müraciət edilib.

 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az