İran bu gün Zeynəbi edam edəcək - Dünya etiraz edir

İran bu gün Zeynəbi edam edəcək - Dünya etiraz edir

İranda şiddətə məruz qaldığı üçün ərini öldürən 22 yaşlı qadın bu gün edam edilir.

Beynəlxalq Əfv Təşkilatı Zeynəb Sekaanvandın edamının ləğv edilməsi ilə bağlı İrana müraciət edib.

Qeyd edək ki, Zeynəb cinayətdə ittiham edilərkən 17 yaşında olub və beynəlxalq hüquq standartlarına görə yetkinlik yaşına çatmış hesab edilmir. 2012-ci ildə həbs edilən qadın ərinin onu tez-tez döydüyünü bildirib.

Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə hüquq direktoru Filip Luther məhkəmə qərarından duyduğu narahatlığı ifadə edib və bildirib ki, həbs edildikdən sonra da kişi polis məmurları ona işgəncə veriblər.

Zeynəb həbsxanada yenidən evlənib hamilə qaldığı üçün edamı təxirə salınmışdı, lakin doğuşa iki gün qalmış qadın uşağını itirdiyi üçün edam qərarı yenidən qüvvəyə minib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az