İran hərbiçiləri ABŞ-ın kəşfiyyat gəmisinə HÜCUM ETDİ

İran hərbiçiləri ABŞ-ın kəşfiyyat gəmisinə HÜCUM ETDİ
İran hərbiçiləri ABŞ-ın "USS Invincible" hərbi kəşfiyyat gəmisinin istiqamətini dəyişdirməyə məcbur edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Jeff Davis məlumat verib. O bildirib ki, İran İnqilab keşikçiləri Ordusuna (SEPAH) aid olan hərbi katerlər ABŞ Hərbi Donanmasına məxsus sualtı raketləri müəyyən edən radarlarla təchiz olunmuş gəminin istiqamətini məcburi şəkildə dəyişdirib. Onun sözlərinə görə, hadisə "USS Invincible" hərbi kəşfiyyat gəmisi Hörmüz boğazını keçən zaman baş verib. Pentaqon sözçüsü İranın bu cür zorakı addımlarını qınayıb: "ABŞ-a məxsus həmin gəmisi iki gün əvvəl də Oman körfəzində bir İran freqatı tərəfindən təhdid edilib. Bütün bunlar yolverilməzdir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az