İran müharibə dövründə kamikadze dronlarını Rusiyaya verib - ABŞ

İran müharibə dövründə kamikadze dronlarını Rusiyaya verib - ABŞ
İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya verib.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

"Onlar təkcə bu yay Rusiyaya onlarla dron göndəriblər. Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya dronlardan Ukrayna vətəndaşlarına qarşı istifadə etməkdə kömək edən İranın hərbi mütəxəssisləri var”, - deyə o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyanı dronlarla təchiz etdiyini etiraf edib, ancaq israr edib ki, transfer Moskvanın Ukraynaya qarşı müharibəsindən öncə baş tutub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az