İran parlamentində ABŞ bayrağı və nüvə sazişi yandırıldı

İran parlamentində ABŞ bayrağı və nüvə sazişi yandırıldı

ABŞ prezidenti Donald Trampın nüvə sazişindən imtina barədə qərarından sonra iranlı millət vəkilləri hadisəni protest ediblər.

Miq.Az xəbər verir ki, İran millət vəkilləri səhər saatlarında baş tutan iclasda "ABŞ-a ölüm" şüarları səsləndirərək ABŞ bayrağı və nüvə razılaşmasının mətnini yandırıblar.

İran Məclisinin sədri Əli Laricani Trampın qərarına münasibət bildirib:
"ABŞ-ın razılaşmadan imtinası Trampın problemi həll etmək üçün kifayət qədər əqli potensiala sahib olmadığını göstərir. Tramp sadəcə zorakılıq dilini başa düşür. Qərar beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir və sadəcə diplomatik nümayişdən ibarətdir. İran Atom Enerjisi Təşkilatı fəaliyyətə yenidən başlamağa hazır olmalıdır".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az