İranda 2 ton narkotik aşkarlandı - 4 qaçaqmalçı öldürüldü

İranda 2 ton narkotik aşkarlandı - 4 qaçaqmalçı öldürüldü
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,17 ton narkotik maddə aşkarlanıb.


Miq.az Trend-
ə istinadən bildirir ki, vilayətinin hüquq-mühafizə orqanının rəis əvəzi Əhməd Tahiri deyib ki, narkotik qaçaqmalçıları ilə təxminən bir saat baş verən silahlı insidentdə, 4 qaçaqmalçı öldürülüb, 2 nəfər saxlanılıb.
Polis 1,98 ton tiryək, 11,5 kq heroin, 3,2 kq həşiş, 167 kq başqa narkotik maddələr aşkarlayıb.
Hadisə yerindən 6 ədəd Kalaşnikov avtomatı, 14 ədəd daraq, 2 ədəd tapança götürülüb.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az