İranlı generaldan şok iddia-"Türkiyədəki çevriliş cəhdinə ABŞ və Rusiya dəstək verib"

 İranlı generaldan şok iddia-

İranın dini lideri  Əli Xameneyinin  hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi, Rusiya və ABŞ-ın  Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən xəbərdar olduqlarını və yaşananlara dəstək verdiklərini iddia edib.

 İranın  İSNA agentliyinə istinadən verilən xəbərə görə, Təbrizdə  təşkil edilən bir  toplantıda danışan general Səfəvi ABŞ və Rusiyanın dövlət çevrilişi cəhdinin arxasında olduğunu deyib.

ABŞ xarici işlər naziri Con Kerrinin çevriliş cəhdi zamanı Moskvada olmasının "mənalı" olduğunu deyən  İranlı general,  ABŞ və Rusiya bölgədə  yeni bir razılaşmaya imza atdıqlarını iddia edib. 

"ABŞ və Rusiyanın Türkiyədəki çevriliş cəhdindən  xəbərsiz olduqları deyilə bilməz. Bu diametrdə olan bir çevriliş cəhdi , xarici bir ölkənin dəstəyi və məlumatı olmadan edilə bilməzdi. Çevriliş cəhdinin dəstəkçiləri mövzusunda böyük sual işarələri var."

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az