“İraqda baş verənlər təhlükəsizliyə təhdiddir!”- Türkiyə XİN-dən BƏYANAT

“İraqda baş verənlər təhlükəsizliyə təhdiddir!”- Türkiyə XİN-dən BƏYANAT

"Ankara İraqdakı vəziyyətdən narahatdır və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırır”.

Azpost.info xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatındandır.

"Bağdad hadisələri ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid yaradıb. Dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Biz bütün ölkəyə yayılan zorakılıqdan narahatıq”, – Türkiyə XİN bildirib.

Türkiyə hökuməti həmçinin münaqişə tərəflərini mövcud vəziyyəti sülh yolu ilə həll etmək üçün təmkin və sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, ötən gün İraqın ən nüfuzlu siyasi xadimlərindən biri olan şiə imamı Müqtəda əs-Sədr öz "Tviter” səhifəsində ölkənin siyasi həyatını tərk etdiyini və onun hərəkatını dəstəkləyən bütün əsas qüvvələrin işini dayandırdığını elan edib. Bundan dərhal sonra Bağdadda xalq iğtişaşları və polislə toqquşmalar başlayıb. Bu gün isə Bağdadın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi "yaşıl zona”ya dörd raket düşüb. Bir neçə binaya ziyan dəydiyi bildirilir, mülki itkilər barədə məlumat verilmir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az