"Ayağa qalx, Ermənistan" təşəbbüs qrupu müxalifətdə olan partiyalara müraciət edərək, onları hakimiyyətin dəyişdirilməsi yolunda birgə mübarizəyə çağırıb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, müraciətdə deyilir: "Əgər siz hesab edirsinizsə ki, hakimiyyət dəyişməsi üçün vaxt yetişdi, o zaman biz avqustun 21-də bütün respublika ərazisində kütləvi aksiyalara, mitinq keçirməyə başlamağa və hökumətin istefasını tələb etməyə hazırıq. Neçə ki, ictimai rezonans dalğası bütün ölkə ərazisinə yayılmayıb biz meydanlarda sonadək qalacağıq. Lazım gəlsə, İrəvanı qan gölünə çevirəcəyik."
Müxalifət partiyalarına çağırışda əminlik ifadə olunur ki, ölkəni siyasi uçurumdan, iqtisadi böhrandan çıxarmağın yeganə yolu saxta yollarla deyil, əhaliyə divan tutan, insanlara qarşı güc tətbiq edən yox, məhz xalqın etibarını qazanan, insanların Konstitusiyada təsbit edilmiş hüquqlarını qoruyan, demokratik dəyərlərə üstünlük verən hökumətin hakimiyyətə gəlişidir.
Müxalifət partiyaları "Ayağa qalx, Ermənistan" təşəbbüs qrupunun müraciətini hələlik cavabsız qoyması, ölkə mətbuatında birmənalı qarşılanmayıb. Erməni Milli Konqresindən olan deputat Lyudmila Sarkisyan bu müraciətə şübhəli yanaşıb və bildirib ki, hədəflər və perspektivlər dumanlı olduğu üçün partiyaların bu çağırışa qoşulacaqları inandırıcı deyil...
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL