Ukrayna Təhlükəsizlik Xidməti Dnepropetrovsk vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya vətəndaşları olan iki qadını saxlayıblar. Qeyd edilir ki, onlar Ukraynaya Rusiyadan qeyri-leqal yolla gəliblər. Rusiya vətəndaşları Dnepropetrovskda Türkiyə vasitəsilə Suriyaya keçmək üçün saxta sənədləri gözləyirdilər.
Saxlananlardan biri Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Özbəkistan vətəndaşı adına pasportu təqdim edib. Ancaq pasportun saxta olduğu məlum olub. Axtarış zamanı onlardan “dinlərarası düşmənçiliyi və başqa dinlərin nümayəndələrinə nifrəti təbliğ edən” əlyazmalar götürülüb.
Onların Ukraynaya girişinə 3 illik qadağa qoyulmaqla Rusiyaya və yaxud da üçüncü ölkəyə ekstradisiyası planlaşdırılır.
Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanovun məlumatına görə, hazırda İŞİD-in sıralarında təxminən iki min rusiyalı vuruşur. Onların əksəriyyətini Şimali Qafqazın sakinləri təşkil edir. Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL