ABŞ Maliyyə Nazirliyinin antiterror departamenti İŞİD-in əlində niyə bu qədər "Toyota” marakalı cip və pikapın olması ilə maraqlanıb.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, bununla bağlı "Toyota” şirkətinə rəsmi sorğu göndərilib. Avtomobil konsernində bildiriblər ki, onlar "Toyota”ların İŞİD-in əlinə necə düşməsindən xəbərsizdirlər.
"Toyota”nın qaydalarına görə, onun avtomobillərini hərbi məqsədlə modernləşdirmək və maşınların bu işlə məşğul olan şəxslərə satılması qadağandır. Ancaq bununla bərabər, şirkət vasitəçilər yolu ilə satılmış avtomobillərə nəzarət imkanına malik deyil. Suriyanın özünə belə "Toyota”ların satışı 2014-cü ildə dayandırılıb.
"Toyota”dan başqa İŞİD-in əlində "Mitsubishi”, "Hyundai”, "İsuzu” markalı ciplər də var.
ABC News kanalının məlumatına görə, 2014-cü ildə müxalifətə dəstək olaraq ABŞ Dövlət Departamenti suriyalı müxaliflərə 43 "Toyota” markalı cip göndərib. Bundan əlavə, son iki il ərzində şirkətin Sidney zavodunda 800 avtomobil yoxa çıxıb. Ehtimal edilir ki, avtomobillər İŞİD-ə ötürülüb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL