İŞİD-in öldürdüyü deyilən rus zabitlərlə bağlı- Diqqət çəkən məqam

İŞİD-in öldürdüyü deyilən rus zabitlərlə bağlı- Diqqət çəkən məqam

Müdafiə nazirliyi zabitlərin sağ olduğunu açıqlayıb, amma...

Rəsmi Moskva Suriyada İŞİD terror qruplaşması ilə döyüşlərdə üç Rusiya zabitinin öldürülməsi ətrafında yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyi zabitlərin həlak olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki, İŞİD terror təşkilatı tərəfindən şəkilləri dərc olunan zabitlərin hanısı sağdır və öz xidmət yerlərindədirlər.

O qeyd edib ki, dərc olunan şəkillər Rusiya ərazisində oğurlanmış telefondan götürülüb.

"Maraqlıdır ki, həmin şəkillər İŞİD terrorçuları ilə bərabər Ukraynadakı silahlıların komandirlərinin saytında çıxıb. Bu sual bizi çox düşündürür”, - deyə nümayəndə bildirib.
Ötən gün Suriyada İŞİD terror qruplaşması ilə döyüşlərdə üç Rusiya zabitlərinin həlak olması ilə bağlı  Türkiyə mətbuatına məlumat yayılmışdı./Ans Press/

Həmçinin hərbi qulluqçuların mobil telefonlarında olan şəxsi şəkillər artıq internetdə yayılıb.

Sonuncu dəfə mart ayında Suriyada Rusiya Silahlı Qüvvələrinin daha bir hərbçisini itirib. Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiyanın xüsusi təyinatlı qüvvələrinin zabiti həlak olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az