İŞİD-in sözçüsü məhv edildi

İŞİD-in sözçüsü məhv edildi

Öldürülənlər Naqeh Salami Burak və Əbu Mühəmməd əl-Adnanidir

Misir ordusunun pilotsuz təyyarəsi İŞİD-in Sinay yarımadasındakı liderlərindən birini məhv edib.

Miq.Az "Report"a istinadən bildirir ki, bu barədə "Məsr əl-Ərəbiyyə" saytı Misirin güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.
"Pilotsuz təyyarə Rafah şəhərində, əl-Məsurə kəndi yaxınlığında sükanı arxasında döyüşçünün əyləşdiyi avtomobili atəşə tutub. Nəticədə yaraqlı öldürülüb, maşın məhv edilib" - deyə məlumatda deyilir.
Nəşrin məlumatına görə, sonradan məlum olub ki, öldürülən şəxs İŞİD-ə sədaqət andı içmiş terrorçu Naqeh Salami Burakdır.
"BBC"-nin yaydığı məlumata görə isə, daha bir İŞİD fəalı Suriyanın Hələb şəhərində məhv edilib. Bu, terror qruplaşmasının sözçüsüsü Əbu Mühəmməd əl-Adnanidir. Onun öldürülməsi xəbərini terrorçulara məxsus kütləvi informasiya vasitələri də təsdiqləyiblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az