İŞİD İraqın şimalına hücum etdi

İŞİD İraqın şimalına hücum etdi

İŞİD terror qruplaşmasının İraqın şimalındakı Salah-əd-Din vilayətinə hücumu zamanı 3 mülki sakin həlak olub.

Bu barədə "Sinxua" agentliyi xəbər verib.

Təhlükəsizlik qüvvələrindəki mənbənin agentliyə verdiyi məlumata görə, ölkənin qərbində, paytaxt Bağdaddan 200 kilometr məsafədəki Bayci şəhərində terrorçularla baş vermiş silahlı qarşıdurmada bir hərbçi həlak olub. Qeyd olunur ki, güc strukturları 3 silahlını zərərsizləşdirib.

Bundan əlavə, agentliyin məlumatına görə, terrorçular tərəfindən minaatanlardan açılan atəş nəticəsində Şərhat şəhərində 3 dinc sakin həlak olub.("Report”)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az