İslam Kərimovun qızı zirzəmidə yaşayırmış

İslam Kərimovun qızı zirzəmidə yaşayırmış

Öldürüldüyü barədə məlumatlar yayılan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovadan yeni xəbər var.

 Gülnarə Kərimova çirkli pulların yuyulması iddiasına görə İsveçrədən gələn müstəntiqlər tərəfindən dindirilib. Onu Cenevrə Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Qreqor Mangit təmsil edib. Vəkil bildirib ki, 9-10 dekabr tarixlərində, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən sorğu-sual 23 saat davam edib. Bundan başqa, Q.Mangit Gülnarə Kərimovanın sağlamlığının qaydasında olduğunu və Daşkənddəki köhnə evinin zirzəmisində qaldığını deyib. Vəkil onu da əlavə edib ki, Kərimovanın uşaqları, vəkilləri, ümumiyyətlə kənardan kimləsə əlaqə qurması qadağandır.

Xatırladaq ki, Gülnarə Kərimovanın ötən il noyabrın 5-ində zəhərlənərək öldürüldüyü və gizli şəkildə dəfn edildiyi barədə məlumatlar yayılmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az