İsrail Rusiyadan kömək istədi

İsrail Rusiyadan kömək istədi

Baş nazir: "Mən məsələni qaldırdım"

İsrailin naş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Qəza sektorunda əsir saxlanılan iki İsrail vətəndaşının və digər iki hərbçinin meyitlərinin ölkəsinə qaytarılmasında yardımçı olmasını xahiş edib. İstiPress "RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatı Netanyahu Putinlə bugünkü görüşündən sonra verib.

"Mən, bütün dünyada etdiyim kimi, (hərbçilər) Oron Şaul və Adar Qoldin barədə məsələni qaldırdım, eyni zamanda, HAMAS-ın əsir götürdüyü digər iki İsrail vətəndaşı barədə danışdım. Rusiya prezidentindən xahiş etdim ki, humanitar vasitələrlə bu işdə kömək etsin”, - Netanyahu deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az