İstanbuldakı terror aktını törədənlərə ABŞ təlim keçib – ŞOK İDDİA

İstanbuldakı terror aktını törədənlərə ABŞ təlim keçib – ŞOK İDDİA
"Türkiyəni ABŞ və Qərbin dəstəyini alan terror təşkilatları ilə vurmağa çalışırlar. Avropa ölkələri PKK, FETÖ və DHKP/C kimi terror təşkilatlarını qoruyur, terrorçulara sığınacaq verir”.

Miq.az Publika.az-a istinadən  xəbər verir ki, bunu İstanbul şəhərində dekabrın 10-da törədilən terror aktına Qərbin münasibətini şərh edən "Yeni Şafak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Avropa ölkələrinin bəslədiyi terror Türkiyənin şəhərlərini hədəf alıb: "ABŞ və Almaniya Suriyada İŞİD-lə mübarizə adı altında PKK terror təşkilatının Suriya qolu olan PYD-yə silah və milyonlarla dollar maliyyə yardımı edir. Bu yardım döyüş meydanında da özünü göstərir. ABŞ əsgərləri PKK-çılarla çiyin-çiyinə döyüşlərə qatılır, xüsusi əməliyyatlar həyata keçirir”.
"Yeni Şafak” bildirir ki, ABŞ başqa olmaqla Qərb ölkələri İraqda da eyni cür davranır: "Türkiyə düşməni olan "Haşdi Şabi” və PKK-ya dəstək verilir. İŞİD-ə qarşı mübarizədə heç bir irəliləyiş olmadığı halda, PKK hər keçən gün güc qazanır, Suriya və İraqda aldığı hərbi yardım sayəsində bir orduya çevrilir. Qərbin PKK-ya verdiyi silahlar isə Türkiyəyə göndərilərək terror aktlarında istifadə edilir. ABŞ Suriyadakı PKK düşərgələrində toplanan terrorçulara "İŞİD-lə mübarizə” adı altında təlim keçir. Burada təlim keçən terrorçular Türkiyəyə qayıdaraq polis, əsgər və mülki insanlara qarşı qətliamlar törədir. PKK-nın əlində Almaniya istehsalı "MILAN" tank əleyhinə raketlər və yüksək partlayış gücünə sahib ən qumbaraları var. Bundan başqa, İngiltərə, Fransa, Rusiya, İran, İsrail kimi bir çox dövlətlər PKK-ya silah-sursat və maliyyə yardımı göndərir”.
Qeyd edilir ki, Avropanın siyasi mərkəzi olan Belçika həmçinin PKK-nın da Avropadakı mərkəzi rolunu oynayır.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində dekabrın 10-da törədilən terror aktında ölənlərin sayı 44-ə çatıb. Yaralıların sayı isə 155-dir.
Terror aktına görə məsuliyyəti PKK terror təşkilatının bir qanadı sayılan TAK öz üzərinə götürüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az