Sui-qəsddən Moskvanın da xəbəri olub? - Putinin qarşılaşdığı inanılmaz təsadüf

Sui-qəsddən Moskvanın da xəbəri olub? - Putinin qarşılaşdığı inanılmaz təsadüf
Ankaradakı Rusiya səfir Andrey Karlovun qətlə yetirildiyi gecə inanılmaz təsadüf baş verib.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, sui-qəsd gecəsi Rusiya prezidenti Vladimir Putin Moskva teatrında səhnəyə qoyulacaq tamaşaya dəvət edilib.
Maraqlıdır ki, həmin tamaşa məhz Rusiyalı diplomatın qətlə yetrilməsindən bəhs edib. Tamaşanın ssenari müəllifi vaxtilə Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovdur.

1829-cu ildə yazılan ssenariyə əsasən Rusiya da baş verən iqtisadi böhran zamanı bir qrup qəzəbli iranlı Rusiya səfirliyinə hücum edərək rus səfiri öldürür. Və aydın olur ki, bu hadisənin arxasında ingilis agentləri dayanıb.

Sui-qəsdən sonra bu maraqlı təsadüfə Financial Times qəzetinin Moskva müxbiri Maks Seddon dəfələrlə diqqət çəkib. Səsləndirilən iddialara görə Ankaradakı hadisə Putinə və ya İrana mesaj ola bilər.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran Xarici İşlər nazirləri bu gün Suriya məsələsinə görə Moskvada bir araya gələcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az