Rusiya yeni müharibəyə hazırlaşır - RƏSMİ

Rusiya yeni müharibəyə hazırlaşır - RƏSMİ
Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır.

Publika.az "Obosrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda anti-terror məsələləri üzrə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib.
Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq. Mətbuat katibi xatırladıb ki, bir gün əvvəl Ukraynanın yoxlama qrupunun işinin ilk nəticələri elan edilib. Qrup Rusiyanın Rostov vilayətinin ərazisini yoxlayırdı.
"Ukrayna sərhədinə yaxın Rusiya Silahlı Qüvvələrinin 150-ci motoatıcı diviziyası fəal şəkildə formalaşdırılır. Ekspertlərin qiymətləndirmələrinə görə, diviziyada 10,5 mindən çox hərbi qulluqçu olacaq. İnspektorlar Novoçerkask ərazisində Rusiya ordusunun böyük artilleriya bölmələrini aşkar ediblər. Ukrayna tərəfi 150-ci diviziyadan Ukrayna ərazilərində istifadə oluna biləcəyini istisna etmir”, - deyə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az