İyulun 30-da hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 30-da Müdafiə
Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi
Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
İmtahan
Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və
saat 11-də başlanıb 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun
25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana
buraxılış vərəqəsi”ni çap edirlər. Abituriyentlər imtahana özləri ilə
şəxsiyyəti təsdiq edən sənədi və "İmtahana buraxılış vərəqəsi”ni
gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər
arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.