Kazanda keçirilən cüdo üzrə Avropa çempionatı açıq elan edildi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kazanda keçirilən cüdo üzrə Avropanın çempionatını açıq elan edib. "Report" xəbər verir ki, açılış mərasimində çıxış edən dövlət başçısı bu idman növünün inkişafından danışaraq idmançılara uğurlar arzulayıb.
Kazanda start verilən çempionat Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarına finalına seçim mərhələlərindən biridir. Builki çempionatda 46 ölkədən 477 idmançı iştirak edir.
Cüdo üzrə Avropa çempionatı 1951-ci ildən keçirilir.
Miq.az