Kolumbiya prezidenti Xuan Manuel Santos və onun venesuelalı həmkarı Nikolas Maduro Ekvadorda keçirilən sammitdə iki ölkə arasındakı sərhədləri mərhələlərlə açmağa razılaşıblar.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bundan başqa, dövlət başçıları sərhəddə yaranan mübahisə nəticəsində geri çağırılmış səfirlərin işini yenidən bərpa etməyə qərar veriblər.
Xatırladaq ki, avqust ayında Nikolas Maduro Venesuelanın Kolumbiya ilə sərhədində yerləşən bölgələrində qaçaqmalçıların hücumu ilə bağlı fövqəladə vəziyyət elan edib. Uzun illər ərzində qaçaqmalçılar Venesueladan, benzin də daxil olmaqla, ucuz mallar alaraq sərhəddən keçirir və Kolumbiyada sərfəli qiymətə satırdılar.
Karakas qaçaqmalçılığın ölkənin bəzi regionlarında ərzaq qıtlığına səbəb olduğunu iddia edir.
O vaxtdan bəri mindən çox kolumbiyalı qaçaqmalçılıq və cinayətkar qruplaşmalara qarşı əməliyyatlar çərçivəsində Venesueladan deportasiya olunub. Xuan Manuel Santos isə öz növbəsində ölkəsinin vətəndaşlarına qarşı bu cür rəftarın yolverilməz olduğunu bəyan edib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL