Koreya ABŞ-a 5 ballıq zəlzələ ilə cavab verdi
BMT Təhlükəsizlik Şurası Şimali Koreyada təşkil edilən nüvə sınağına görə təcili toplanır.
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Şimali Koreya təcili toplantıya səbəb olan nüvə sınağı keçirdiyini təsdiqləyib.
Pxenyanın nüvə sınağı keçirməsi haqqında rəsmi məlumatı dövlət televiziyası yayıb.
Qeyd edək ki, Şimali Koreyanın bu gün keçirdiyi nüvə sınağı ölkədə 5 bal gücündə zəlzələyə səbəb olub. Rəsmi Pxenyan bu addımının onu təhdid edənlərə, xüsusilə ABŞ-a cavab olduğunu bildirib.
Miq.az