Şimali Koreya və Cənubi Koreya arasındakı gərginlik müharibə vəziyyətinə qədər yaxınlaşıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərbi mənbələr "Renxap” agentliyinə açıqlamasında Cənubi Koreya ordusunun şimaldan açılan atəşə artilleriya atəşi ilə cavab verdiyini bildirib.
Mənbə qeyd edib ki, Cənubi Koreya ordusu 155 millimetr kalibrli silahlardan bir neçə yaylım atəş açıb. Həlak olan və yaralananlar barədə məlumat verilmir.
KİV-in məlumatına görə, Cənubi Koreya prezidenti Pak Kın Xe sərhəd bölgələrindəki vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasın yeraltı bunkerdə keçirildiyi deyilir. İclasda sərhəddə yerləşən yaşayış məntəqələrindəki əhalinin təxliyə olunması barədə qərar qəbul edilib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL